İbrahim Uzunca ilk qələbəsini şərh etdi
"Bir həftədir ki, bu oyuna hazırlaşırdıq. Ötən oyunda “İnter”ə böyük hesabla məğlub olmuşduq. Amma həmin məğlubiyyətdən sonra biz biri-birimizə dəstək olduq".
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi İbrahim Uzunca "Araz Naxçıvan"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Türkiyəli mütəxəssis komandasının üstün oynadığını bildirib: "Bu gün biz tam üstün oynadıq və qələbə qazandıq. Sıxıntılı günlərdə mübarizədən qopmayan futbolçularımızın alnından öpürəm. Qələbəni klub rəhbərliyinə həsr edirik”.
Qeyd edək ki, "Bakı" Premyer Liqanın 7-ci turunda "Araz Naxçıvan"ı 2:1 hesabı ilə məğlub etməklə mövsümdə ilk qələbəsini qazanıb.