"Heç bir futbolçuma qarşı haqsızlıq etmirəm"

"Heç bir futbolçuma qarşı haqsızlıq etmirəm"
XƏBƏR 27 Sentyabr 2014 / 15:08 3948
-  A +

"Düşünürəm ki, rəqib əsasən müdafiədə oynayacaq. Bu isə işimizi çətinləşdirəcək. Qarşılaşma ərzində qələbə qazanmaq üçün çalışacağıq".
 
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike İspaniya La Liqasında qarşılaşacaqları "Qranada" ilə matç öncəsi deyib.

O, futbolçusu Xavini az oynatmasının səbəbini isə belə izah edib: "Xavinin oynaması lazım gəldikdə ona şans verirəm. Ancaq meydanda yalnız 11 futbolçu oynatmaq mümkündür. "Barsa"nın bütün futbolçularına ehtiyacı var. Heç bir futbolçuma qarşı haqsızlıq etmirəm".

Qeyd edək ki, "Barselona" - "Qranada" oyunu bu axşam, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır