"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo "Mançester Siti"nin çalışdırıcısı Manuel Peleqrininin onun komandası haqda dediyi fikirlərə münasibət bildirib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis Peleqrininin "Mançester Siti" - "Çelsi" matçının hakimi Mark Klattenburqu sözləri ilə qətlə yetirdiyini deyib:
"Peleqrini daha öncə hakimlər haqda danışmayacağını dedi. Ancaq tənqidi fikirləri ilə Mark Klattenburqu qətlə yetirdi. Eyni zamanda mənim və komandam barədə tənqidi fikirlər səsləndirməyəcəyini bir neçə dəfə söyləsə də, bunu da bacarmadı. Əgər mən Peleqrini haqda danışmaq istəmədiyimi deyirəmsə, buna həqiqətən əməl edərəm. Bu mənada artıq mənimlə yox, onunla danışın. Mən xətdən kənara çıxmıram. Heç bir şey danışmaq istəmirəm".
Qeyd edək ki, Peleqrini "Çelsi" ilə oyundan sonra (1:1) matçın baş hakimi Klattenburqun idarəçiliyini tənqid etmiş, London klubunun isə "kiçik komanda" kimi oynadığını bildirmişdi.
TNS - "Sabah": Heyətlər
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video