Messi Suares haqda danışdı

Messi Suares haqda danışdı
XƏBƏR 26 Sentyabr 2014 / 12:18 5554
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi komanda yoldaşı Luis Suares haqda danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, uruqvaylı hücumçu haqda müsbət fikirlər səsləndirib:

"Onun "Liverpul"dan "Barselona"ya keçməsi çox yaxşı oldu. Suareslə birlikdə daha güclü komanda olacağımıza inanıram.  Onun "Barsa"nın əsas komandasında oynamasını səbirsizliklə gözləyirik".

Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda (1:0) rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb. Onun cəzası oktyabrın 25-i başa çatır.


Son xəbərlər