"Mançester Yunayted"də işim çox çətindir" - van Qal

"Mançester Yunayted"də işim çox çətindir" - van Qal
XƏBƏR 26 Sentyabr 2014 / 10:09 4312
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal komandasının çox çətin durumda olduğunu deyib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o bildirib ki, hazırda komandada doqquz zədəli və bir cəzalı futbolçu var.

Lui van Qalın fikrincə, "MY"dakı işi çox çətindir:

"Bir həftəyə doqquz futbolçum zədələndi. "MY"da işimin çox çətin olduğunu bilirəm. Qarşıda başqa çətinlikliklərin olub-olmayacağını bilmirəm. Ancaq yenə də matçlarda qələbə qazanaraq işimizi asanlaşdıra bilərik".


Son xəbərlər