UEFA yeddi klubun "Maliyyə Fair Play" qaydalarını pozub-pozması ilə bağlı araşdırmalara başladığını rəsmən açıqlayıb.
Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, sözügedən klublar "Liverpul", "Monako", "Roma", "İnter", "Beşiktaş", "Sportinq" və "Krasnodar"dır.
Adları qeyd olunan 7 klubun 2012/2013 mövsümü üçün göndərdikləri maliyyə sənədlərində "Maliyyə Fair Play" qaydalarını pozduğu üzə çıxıb. UEFA sözügedən klublardan əlavə sənədlər istəyib. Həmin sənədlərə əsasən yekun qərarın açıqlanacağı bildirilib.
Qeyd edək ki, əgər sözügedən klubların qaydalara əməl etmədiyi təsdiqini taparsa, həmin klublar avrokuboklarda alacaqları gəlirdən məhrum ediləcəklər.
Xatırladaq ki, UEFA-nın 4 klubu - "Liverpul, "Monako", "İnter", "Roma"nım "Maliyyə Fair Play" testindən keçirəcəyi gözlənilirdi. Lakin bu siyahıya "Beşiktaş", "Sportinq" və "Krasnodar"da əlavə olunub.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi