Ünal Aysal son qərarını açıqladı

Ünal Aysal son qərarını açıqladı
XƏBƏR 25 Sentyabr 2014 / 18:54 5328
-  A +

"Qalatasaray" klubunun prezidenti Ünal Aysal növbəti ay keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcək.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ü.Aysalın özü açıqlamasında deyib.

"Qərarım qətidir və dəyişməyəcək. Bundan sonra "Qalatasaray"a klub xaricindən xidmət göstərəcəm" - deyə Ü.Aysal bildirib.

Qeyd edək ki, "Qalatasaray"da yeni prezident seçkiləri oktyabrın 23-də keçiriləcək.


Son xəbərlər