İtaliyada qadın voleybolçular arasında dünya çempionatı davam edir.
Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandası bu gün turnirdə üçüncü matçını keçirib.
Yığmamız bu dəfə Puerto-Riko millisi ilə qarşılaşıb. Keçirdiyi iki görüşdən sonra 2 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan komandamız vəziyyətini yaxşılaşdırmaq üçün bu oyunda qələbə qazanmalı idi. Əks təqdirdə millimiz işini çətinə salacaqdı.
Gərgin keçən oyun yığmamızın qələbəsi ilə başa çatıb. Yaponiya ilə görüşdə olduğu kimi komandamız yenə rəqibini tay-brekdə məğlub edib - 3:2. Bu qələbədən sonra xalını 4-ə yüksəldən Azərbaycan millisi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Qrupumuzun digər görüşlərində Kuba Yaponiya, Belçika isə Çinlə qarşılaşacaq.
Qeyd edək ki, ilk görüşdə Yaponiyanı 3:2 hesabı ilə məğlub edən Azərbaycan yığması ikinci matçında Çinə uduzub - 0:3.
25 sentyabr
Dünya çempionatı, III tur
Puerto-Rika - Azərbaycan - 2:3 (20:25, 26:24, 24:26, 25:16, 15:17)
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi