“Barsa”lı futbolçular robot deyil” - Luis Enrike

“Barsa”lı futbolçular robot deyil” - Luis Enrike
XƏBƏR 25 Sentyabr 2014 / 13:55 4128
-  A +

"Barselona"nın baş məşqçisi Luis Enrike İspaniya La Liqasında "Malaqa" ilə bərabərə qaldıqları oyunu (0:0) şərh edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, Messiyə qol vurmağa şərait yaratmadıqları üçün istədikləri nəticəni əldə edə bilməyiblər:

"Messiyə yaxşı ötürmələr verilsəydi, daha təhlükəli epizodlar olardı. Demək olar ki, üç gündən bir matça çıxırıq. Bu, oyunumuza təsir edir. Futbolçularım isə robot deyil".

Qeyd edək ki, "Malaqa" ilə bərabərlik "Barsa"nın cari mövsümdə ilk xal itkisi olub. Bundan əvvəl Kataloniya təmsilçisi oynadığı bütün qarşılaşmalarda qalib gəlib.

Daha çox


Son xəbərlər
13.03.26  14:38

Sarri qovula bilər

topaz banner