Suares "Barselona"da ilk qolunu vurdu

Suares "Barselona"da ilk qolunu vurdu
XƏBƏR 24 Sentyabr 2014 / 21:19 6000
-  A +

Luis Suares və Tomas Vermalen "Barselona"nın əvəzedici komandasında matça çıxıblar.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hər iki futbolçusu İndoneziyanın U-19 komandası ilə yoldaşlıq görüşündə iştirak ediblər.


Uruqvaylı hücumçu Suares bu oyunda iki qol vurub. O, qarşılaşmanın 13 və 68-ci dəqiqələrində  fərqlənib. Vermalen isə "Barsa"nın ilk qolunun müəllifi olub.

Qeyd edək ki, sözügedən qarşılaşma "Barselona"nın 6:0 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər