AFFA tərəfindən “Neftçi”nin yeniyetmə və uşaq futboluna texniki direktor təyin edilmiş Yan Versleyen çalışdığı klubun rəsmi saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, hollandiyalı mütəxəssis "Neftçi"dəki işi haqqında ətraflı məlumat verib.
- Öncə Azərbaycana gəlişinizlə bağlı danışardınız...
- Hollandiyada olarkən AFFA tərəfindən Azərbaycana dəvət olundum. Hələ bura gəlməmişdən Azərbaycan futbolu haqqında məlumat toplayırdım. O zaman Azərbaycanın hansı klubunda çalışacağımı bilmirdim, amma öyrənmişdim ki, ölkənin ən köklü klubu “Neftçi”dir. Daha sonra AFFA mənimlə müqavilə bağladı və elə “Neftçi” klubuna texniki direktor olaraq təyinat aldım. Burada əsas vəzifəmiz yeniyetmə və uşaq futbolunun inkişafına çalışmaqdı.
- Bundan sonra “Neftçi”də fəaliyyətə başladınız...
- Hə, “Neftçi”yə gəldiyim gün klub prezidenti Sadıq Sadıqovla görüşdüm və planlarım barədə danışdım. O da öz növbəsində mənə dəstək verəcəyini bildirdi. Daha sonra işə başladım. Hər gün klub rəhbərliyi və uşaq futboluna cavabdeh şəxslərlə görüşüb müzakirələr aparırıq. Meydana çıxan problemlər də dərhal həll olunur. Mən buna qədər Hollandiyadan başqa, Yaponiya, Çin, CAR və Səudiyyə Ərəbistanında çalışmışdım. Bu səbəbdən də fərqli ölkələrdə işləmək mənə çətinlik yaratmır.
- “Neftçi”nin yeniyetmə və uşaq futbolçularını ilk gördüyünüzdə sizdə hansı təəssüratlar yarandı?
- Mən “Neftçi”yə apreldə gəldim və demək olar ki, 2 ay müşahidə etdim. Futbolda işə hardan, hansı səviyyədən başlamağı müəyyənləşdirməlisən. Yalnız belə olan halda istəyinə nail ola bilərsən. Mən burada futbol oynamağa həvəsli və istedadlı uşaqları gördüm. Azərbaycanda uşaqların yetişdirilməsi üçün futbol meydançalarının sayını artırmaq lazımdı. Digər tərəfdən də komandalar bir mövsüm ərzində say etibarı ilə az oyun keçirirlər. Çünki Azərbaycan çempionatlarında yay və qış fasilələrinin müddəti çoxdur. Avropa ölkələrində isə məşq saatları çoxdu. Ümumiyyətlə hər sahədə nailiyyət qazanmaq üçün daha çox məşq etmək lazımdı. Bizim hesablamalarımıza görə burada uşaqlar 6 yaşından 16 yaşına kimi 4 min saat məşq edirlər ki, bu da çox azdır.
- Yəqin ki, komandalarda müəyyən istedadları gözaltı etmisiniz...
- 9,10 və 11 yaşlı futbolçular arasında belələri var. Onlar sözün əsl mənasında istedadlıdırlar. Amma istedadlı olmaq kifayət deyil. Biz çalışmalıyıq ki, onlar bu qabiliyyətlərini inkişaf etdirsinlər. Əldə xammal ola bilər, amma onu yaxşı cilalamaq lazımdır. Əsas da onlara düzgün məşq keçilməlidir. Biz də məhz bu istiqamətdə çalışırıq. Məşqçilər futbolçuları inkişaf etdirməklə yanaşı, özləri də inkişaf etməlidirlər. Hər yaş qrupunun öz hazırlığı var və biz proqram əsasında bunu ən yaxşı şəkildə icra etməyə çalışırıq.
- Futbolçuların inkişafı üçün konkret nə işlər görülür?
- Çalışırıq ki, futbolçularla məşqçilər daha sıx təmasda olsunlar. Çünki futbolçu məşqçinin dediyini dərhal anlamalıdır və məşqi kortəbii halda yox, anlayaraq icra etməlidir. Əgər futbolçu nəyi nə üçün etdiyini bilmirsə, inkişaf edə bilməz. Bir sözlə, futbolçu oynamaqla yanaşı, düşünməyi də bacarmalıdır.
- Uşaq futbolçuların üstün tərəfləri hansıdır?
- Azərbaycan futbolçuları topla oynamağı sevirlər və texnikalı futbola üstünlük verirlər. Fikrimcə, burada futbolçular daha çox fərdi ustalıq hesabına fərqlənməyə kökləniblər. Futbolda fərdi keyfiyyətlər çox önəmlidir, amma komanda oyunu da ön planda olmalıdır. Çünki qələbəni komanda qazanır.
- Hazırda “Neftçi”də çalışırsınız. Ola bilərmi ki, gələcəkdə “Neftçi”nin bəzi futbolçuları sizinlə birgə Hollandiyada hazırlıq keçsin?
- Çox gözəl fikirdi. Əgər AFFA dəstək verərsə, gələcəkdə belə bir layihə həyata keçirmək olar. Buna qədər isə müəyyən səviyyədə inkişafa nail olmalıyıq. Daha sonra dediyiniz fikrin reallaşmasına mən də öz köməyimi göstərə bilərəm. Məsələn, CAR-da işlədiyim müddətdə belə bir təcrübə olmuşdu. Oradan bir-neçə futbolçunu Hollandiyaya məşqlərə göndərmişdik.
- Holland həmkarlarınız buradakı fəaliyyətinizlə maraqlanırlarmı?
- Təbii ki, hollandiyalı həmkarlarımla söhbətim zamanı Azərbaycan futbolu barədə də danışırıq. İnanıram ki, yaxın gələcəkdə həmyerlilərim Azərbaycan futbolçularını Hollandiya çempionatında əyani olaraq görə biləcəklər.
- Yan Versleyenin Azərbaycandakı hədəfləri nədir?
- Hazırda 10-14 yaşlı futbolçular öz qızıl dövrünü yaşayır. Onlara ümidimiz böyükdür. Onların potensialını tam açmağa çalışırıq. Bu futbolçuları əsas komandaya və millilər üçün hazır vəziyyətə gətirməliyik. Doğrudur, bizdə hər yaş qrupuna uyğun ayrı komandalar var. Ancaq biz çalışırıq ki, futbolçu əsas komandaya mümkün qədər gənc yaşda gəlsin.
- Yeniyetmə futbolçulara nə tövsiyə edərdiniz?
- Mən onların valideynlərinə tövsiyə edərdim ki, futbola marağı olan uşaqlarını 6-7 yaşlarında olarkən futbola gətirsinlər. Daha sonra uşaqlarını məşqçinin öhdəsinə buraxsınlar, onlara sərbəstlik versinlər. Qoy uşaqlar da futboldan zövq alsınlar. Belə olan halda inkişaf üçün düzgün təməl qoyulmuş olacaq.
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı
Yusif İmanovun yeni klubu
Kralsayağı qarşılanma: 100 min insan, coşan şahzadə - Video
“Vestri” “Qarabağ”la oyundan qabaq 5 qolla uduzdu
“Qarabağ” azarkeşlərə müraciət etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Netflix" Mourinyo haqqında sənədli serial yayımlayacaq
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi