FİFA "DÇ-2022"lə bağlı toplantıya yığışır

FİFA "DÇ-2022"lə bağlı toplantıya yığışır
XƏBƏR 24 Sentyabr 2014 / 15:16 2427
-  A +

2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının qışda keçirilməsi yenidən gündəmə gəlib.

Qol.Az-ın ANSA-ya istinadən verdiyi məlumata görə, məsələ sabah və cümə günü FİFA İcraiyyə Komitəsinin Sürixdə keçiriləcək iclasında yenidən müzakirə olunacaq.

Burada əsas məqsəd "DÇ-2022"nin oyunlarının adəti üzrə yay fəslində yox, qışda keçirilməsidir. Mundialın vaxtının dəyişdirilmə ehtimalının yaranmasına səbəb yayda Qətərdə hərarətin həddindən artıq yüksək olmasıdır. FİFA futbolçuların və azarkeşlərin isti hava şəraitindən əziyyət çəkməmələri üçün dünya çempionatının qışda keçirilməsinin tərəfdarıdır. 

Qeyd edək ki, daha öncə FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini də "DÇ-2022"nin qışda keçirilməsi təklifi ilə çıxış etmişdilər.

Daha çox


Son xəbərlər
13.03.26  14:38

Sarri qovula bilər

topaz banner