"Qarabağ" "Neftçi" ilə oyunun hazırlığına başlayır

"Qarabağ" "Neftçi" ilə oyunun hazırlığına başlayır
XƏBƏR 24 Sentyabr 2014 / 12:38 2685
-  A +

Azərbaycan Premyer Liqasının 7-ci turunda "Neftçi" ilə qarşılaşacaq "Qarabağ" bu oyunun hazıqlıqlarına start verir.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov "Simurq"la matçdan sonra dünən futbolçularına istirahət verib. Bu gün isə komanda "Neftçi" ilə oyuna hazırlaşacaq. "Qarabağ" bu gün saat 18:30-da yeganə məşqinə çıxacaq.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" görüşü sentabrın 27-i, saat 16:00-da başlayacaq.


Son xəbərlər