Ançelotti yeni qapıçının çıxışını dəyərləndirdi

Ançelotti yeni qapıçının çıxışını dəyərləndirdi
XƏBƏR 24 Sentyabr 2014 / 11:55 4611
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti dünən La Liqada "Elçe" ilə matçda (5:1) qapını qoruyan Keylor Navasın oyununu dəyərləndirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, kosta-rikalı qolkiperin debüt matçının yaxşı alındığını deyib:

"Keylorun oyununu bəyəndim. Düzdür, bacarığını göstərməsi üçün epizodları çox olmadı, ancaq səhvsiz oynamağa çalışdı. Növbəti matçda kimə şans verəcəyimi bilmirəm".

Qeyd edək ki, 27 yaşlı qapıçı yay transfer pəncərəsi dönəmində "Levante"dən "Real"a keçib.


Son xəbərlər