Rail Məlikov ilk oyununa çıxdı

Rail Məlikov ilk oyununa çıxdı
XƏBƏR 23 Sentyabr 2014 / 21:33 5961
-  A +

Milli komandamızın sabiq üzvü Rail Məlikov cari mövsüm "Dənizlispor"da ilk oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, təcrübəli müdafiəçi Türkiyə kubokunun ikinci turunda "Trabzon Akçaabat" ilə matçda əsas heyətdə yer alıb.

Qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Buna görə də penaltilər seriyasına ehtiyac duyulub. Burada isə daha dəqiq oynayan "Trabzon Akçaabat" 4:2 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, R.Məlikov 120 dəqiqə meydanda olub.


Son xəbərlər