Afrika Futbol Konfederasiyası (AFK) Əlcəzairin "Kabuliya" klubunu beynəlxalq yarışlardan kənarlaşdırıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna ötən ay Əlcəzair çempionatında keçirilən "Kabuliya" və "Əlcəzair" matçında meydan sahiblərinin futbolçusu Albert Ebossenin tribunadan atılan daş nəticəsində ölməsi səbəb olub.
Hadisə ilə bağlı araşdırma aparan AFK "Kabuliya" klubunu iki il beynəlxalq yarışlardan kənarlaşdırmaqla cəzalandırıb. Cəzaya əsasən Əlcəzair təmsilçisi qarşıdakı iki ildə Afrika Çempionlar Liqasında iştirak edə bilməyəcək. Əlcəzair Futbol Federasiya da adı çəkilən klubu cəzasız qoymayıb. "Kabuliya" klubu ev və səfər oyunları zamanı stadionda azarkeş dəstəyindən məhrum olacaq.
Qeyd edək ki, “Kabuliya” və “Əlcəzair” oyununda tribunadan bir azarkeş tərəfindən meydançaya atılan daş 25 yaşlı futbolçu Albert Ebossenin başına dəymişdi. Kamerunlu futbolçu dərhal xəstaxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Ebosse Əlzair çempionatında 17 qolla 2013/14 mövsümünün bombardiri olub.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi