Portuqaliya millisinin yeni baş məşqçisi bəlli oldu

Portuqaliya millisinin yeni baş məşqçisi bəlli oldu
XƏBƏR 23 Sentyabr 2014 / 16:03 5292
-  A +

Portuqaliya millisinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Qol.Az-ın Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı Fernando Santos çalışdıracaq.

59 yaşlı mütəxəssis yığmanın baş məşqçi vəzifəsində bir müddət öncə istefaya göndərilən Paulo Bentunu əvəzləyib.

Qeyd edək ki, portuqaliyalı mütəxəssisin son iş yeri Yunanıstan millisi olub. 


Son xəbərlər