"Atletiko"nun əleyhinə ağzımdan hər hansı bir ifadənin çıxması mümkünsüzdür. Mənim bu səviyyəyə gəlməyimə səbəb olan komanda haqda necə çirkin fikirlər söyləyə bilərəm? Bundan sonra sözlərimə diqqət edəcəm və beləcə fikirlərim təhrif olunmayacaq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Çelsi" klubunun hücumçusu Dieqo Kosta "Tiempo de Juego" jurnalına açıqlamasında deyib.
Sabiq komandası "Atletiko"nun əleyhinə heç bir fikir söyləmədiyini bildirən Braziliya əsilli ispan futbolçu hazırkı durumuna da münasibət bildirib: "Hər zaman qol vura bilməyəcəyimi anlayıram. Ancaq mübarizə aparmaqdan heç vaxt əl çəkmirəm. Fiziki cəhətdən istədiyim səviyyəyə gəlməyə başladım. Ümid edirəm, sonda çempionluğa nail olarıq və fərdi olaraq daha da artıraram".
Qeyd edək ki, Kostanın daha öncəki açıqlamasında ötən mövsüm Çempionlar Liqasının yarımfinalında "Atletiko"nun heyətində "Çelsi"yə qol vurduğu üçün peşman olduğunu söylədiyi iddia edilirdi.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi