"Barselona" Neymar və Rakitiçdən məhrum oldu

"Barselona" Neymar və Rakitiçdən məhrum oldu
XƏBƏR 22 Sentyabr 2014 / 21:19 6465
-  A +

"Barselona" İspaniya La Liqasında "Malaqa" ilə matçda ciddi itkilərlə çıxacaq.


Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Neymar və Rakitiçin zədə səbəbindən sözügedən qarşılaşmada iştirak etməyəcəyi bildirilib. Hər iki futbolçunun  müalicəsinə başlanıldığı açıqlanıb.

Qeyd edək ki, Neymar və Rakitiç ölkə çempionatında son oynanılan "Levante" ilə görüşdə (5:0) hərəyə bir dəfə fərqləniblər.


Son xəbərlər