“Qarşımıza məqsəd qoymuşuq ki, qrupda sonuncu pilləni tutmayaq. Hələ ki, məqsədimizə nail oluruq. Finlandiya ilə oyunda qeydə alınan heç-heçə bizim üçün yaxşı nəticədir. Azərbaycanı da məğlub etsək, məqsədimizə çatacağıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri oktyabrın 10-da dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Vadust şəhərində millimizi qəbul edəcək Lixtenşteyn milli komandasının baş məşqçisi Hans Peter Zaugg yerli mətbuata verdiyi açıqlamasında deyib. O, Bakıda keçirilən və 0:0 hesabı ilə başa çatan ilk qarşılaşmanı da xatırlayıb: “O vaxt Azərbaycan bizi asanlıqla məğlub edəcəyini düşünsə də, bu, baş vermədi. Böyük ehtimalla bura da qələbə dalınca gəlirlər. Amma Berti Foqts və futbolçuları elə bilməsinlər ki, bura kurorta gəlirlər və asanlıqla 3 xal əldə edəcəklər. Rəqibə və onların təcrübəli baş məşqçisinə hörmətlə yanaşırıq. Amma biz də qələbədən başqa heç bir nəticə haqqında düşünmürük”.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?