"Barselona"nın uğurlu seriyası davam edir

"Barselona"nın uğurlu seriyası davam edir
XƏBƏR 22 Sentyabr 2014 / 11:39 3425
-  A +

Bu mövsüm oynadığı beş rəsmi matçda da qalib gələn "Barselona" uğurlu statistikası ilə də diqqət çəkir.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, cari mövsüm Kataloniya təmsilçisi rəqib qapılarından 12 qol keçirib.
 
Əvəzində isə "Barsa" öz qapısını toxunulmaz saxlamağı bacarıb.

Qeyd edək ki, "Barsa" hazırda İspaniya La Liqasında oynadığı dörd matçda da qalib gələrək turnir cədvəlində birinci pillədə qərarlaşıb. Luis Enrikenin komandası Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda da APOEL-i məğlub etməyi bacarıb - 1:0.


Son xəbərlər