"Çelsi" kiçik komanda kimi oynadı" - Pelleqrini

"Çelsi" kiçik komanda kimi oynadı" - Pelleqrini
XƏBƏR 22 Sentyabr 2014 / 10:11 4055
-  A +

"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini İngiltərə Premyer Liqasında "Çelsi" ilə bərabərə (1:1) qaldıqları oyunu şərh edib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, London klubunun qarşılaşma ərzində kiçik komanda kimi oynadığını deyib:

"Biz böyük komanda kimi oynadıq və rəqibimiz sanki "Stok Siti" kimi kiçik bir komanda idi. 90 dəqiqə ərzində "Çelsi" ancaq müdafiə olundu. Biz isə qələbə qazanmaq üçün hər şey etdik. 2 və ya 3 qol epizodu yaratdıq. Xüsusilə on nəfərlə qaldıqdan sonra qalib gəlmək üçün çalışdıq".


Son xəbərlər