“Mançester Siti”nin yarımmüdafiəçisi Frank Lempard bu gün İngiltərə Premyer Liqasında sabiq komandası “Çelsi”ylə oyunda (1:1) vurduğu qolla bağlı fikirlərini açıqlayıb.
Qol.Az-ın xəbərinə görə, “Sky Sports”a müsahibəsində o deyib ki, uzun illər şərəfini qoruduğu komandasına qol vurmaq onun üçün çətin olub.
“Amma biz peşəkarıq, ona görə də öz işimizi görməliyik. Qol vuracağımı gözləmirdim. Şadam ki, bu qol komandama bir xal qazandırdı. Eşitdiyimə görə, topu “Çelsi”nin qapısından keçirdikdən sonra London klubunun azarkeşləri mənim lehimə şüarlar səsləndiriblər. Bu, emosional vəziyyətdir. Mən “Çelsi”nin azarkeşləri ilə bu cür vidalaşmaq istəmirdim” – deyə o qeyd edib.
Qeyd edək ki, Lempard bu mövsümdən “Mançester Siti”nin şərəfini qoruyur. O, sabiq komandası “Çelsi” ilə oyunun 85-ci dəqiqəsində qol vuraraq onları qələbədən məhrum edib. Lempard fərqləndikdən sonra sevinməyib.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi