"Messi dünyanın, İniyesta İspaniyanın ən yaxşısıdır"

"Messi dünyanın, İniyesta İspaniyanın ən yaxşısıdır"
XƏBƏR 21 Sentyabr 2014 / 00:01 4663
-  A +

"Barselona" klubunun futbolçusu Xavi Hernandez komanda yoldaşları Lionel Messi və Andres İniyesta haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə danışan Xavi Messini dünyanın, İniyestanı isə İspaniyanın ən yaxşısı adlandırıb:

"Messi dünyanın ən yaxşı futbolçusudur. O, digər futbolçulardan güclüdür və müqayisə olunmazdır. İniyesta isə İspaniya futbol tarixinin ən istedadlı futbolçusudur. Onun "Barselona" üçün etdikləri göz qabağındadır".

Daha çox


Son xəbərlər
13.03.26  14:38

Sarri qovula bilər

topaz banner