Kosta "Mançester Siti" ilə matçda oynayacaqmı?

Kosta "Mançester Siti" ilə matçda oynayacaqmı?
XƏBƏR 19 Sentyabr 2014 / 23:00 3812
-  A +

"Çelsi"nin futbolçusu Dieqo Kostanın İngiltərə Premyer Liqasında "Mançester Siti" ilə matçda meydanda olub-olmayacağı dəqiqləşib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunun baş məşqçisi Joze Mourinyo deyib ki, 25 yaşlı hücumçu bu önəmli oyunda iştirak edəcək:

"Kosta əsas heyətdə oynayacaq. Ancaq ona Liqa kubokunun matçında istirahət verəcəm".

Qeyd edək ki, D.Kosta Çempionlar Liqasında "Şalke" ilə oyunda zədə səbəbindən iştirak etməyib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner