"Roma" - CSKA matçında insident

"Roma" - CSKA matçında insident
XƏBƏR 18 Sentyabr 2014 / 11:12 4400
-  A +

Çempionlar Liqasının qrup mərhələsində dünən keçirilən "Roma" - CSKA (Moskva) matçından sonra insident yaşanıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, matç bitən kimi qarşılaşmanın oynanıldığı Romanın "Olimpiya" stadionunun ətrafında hər iki komandanın azarkeşləri arasında dava düşüb.

Bunun nəticəsində bir rusiyalı azarkeş bıçaqlanıb, digəri isə başından yaralanıb. Onların müalicə olunduğu bildirilib.

Qeyd edək ki, "Roma" - CSKA matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər