Bu gün Qazaxıstanın Almatı şəhərində AİBA Pro Boxing (APB) yarışlarının püşkü atılıb.
Qol.Az-ın Azərbaycan Boks Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, reytinqə əsasən, hər çəkidə iki idmançı “səpələnməmişlər” sırasında yer alıb.
Azərbaycan milli komandasının üzvlərindən 2 qat dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (91+kq) reytinqdə 1-ci, dünya çempionu Cavid Çələbiyev (56 kq) isə 2-ci olub. APB-də ilk döyüşlər oktyabrın 24-də keçiriləcək.
M.Məcidovun ilk rəqibi rumıniyalı boksçu Mihay Nistor olacaq. Nistor da WSB liqasında çıxış etsə də, o hələ ki M.Məcidovla üz-üzə gəlməyib. C.Çələbiyev isə London Olimpiadasının bürüncü mükafatçısı yaponiyalı Satoşi Şimizu ilə qarşılaşacaq.
Digər boksçumuz Fariz Məmmədovun da (69 kq) püşk sarıdan bəxtinin gətirmədiyini demək olar. Həmyerlimiz ilk görüşdə rusiyalı Andrey Zamkovoyla üz-üzə gələcək. Zamkovoy London Olimpiadasında bürünc medal qazanmaqla yanaşı, 2009-cu ilin dünya çempionatında da 2-ci olub.
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi