"Çox gərgin və maraqlı qarşılaşma olacaq"

"Çox gərgin və maraqlı qarşılaşma olacaq"
XƏBƏR 17 Sentyabr 2014 / 17:50 3499
-  A +

"Qəbələ" ilə oyuna hazırlığımız yüksək səviyyədə keçir. Hamımız növbəti oyuna köklənmişik. Rəqibə hörmətlə yanaşırıq. Bilirik ki, çempionatın iddialı komandalarından biridir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Kaue Sesilyo klubun rəsmi saytına açıqlamasında deyib.

Premyer Liqanın 6-cı turunda qarşılaşacaqları "Qəbələ" ilə oyun haqda danışan futbolçu görüşün çox maraqlı və gərgin keçəcəyini bildirib: "Qəbələ" öz dəsti xətti və oyun üslubu olan komandadır. Xüsusən də doğma meydanda yaxşı təsir bağışlayır. Hazırda 4-cü pillədə qərarlaşması da çox şeydən xəbər verir. Fikrimcə, çox gərgin və maraqlı qarşılaşma olacaq. Çalışacağıq ki, öz oyunumuzu göstərək və istədiyimiz nəticəni qazanaq".

Son xəbərlər