"Real"dan 1000-ci qol

"Real"dan 1000-ci qol
XƏBƏR 17 Sentyabr 2014 / 11:36 4514
-  A +

İspaniyanın "Real" (Madrid) klubu Çempionlar Liqasında 1000-ci qolunu vurub.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisinin yubiley qolunun müəllifi Kərim Benzema olub. 

Fransız hücumçu Çempionlar Liqasının qrup mərhələsində "Bazel"lə matçın 80-ci dəqiqəsində fərqlənib.

Qeyd edək ki, "Real" - "Bazel" görüşü 5:1 hesabı ilə başa çatıb.


Son xəbərlər