"Barsa" Tito Vilanovanın adını əbədiləşdirir

"Barsa" Tito Vilanovanın adını əbədiləşdirir
XƏBƏR 16 Sentyabr 2014 / 19:11 4661
-  A +

"Barselona" bu ilin aprel ayında vəfat edən sabiq baş məşqçisi Tito Vilanovanın adını əbədiləşdirəcək.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi ispan mütəxəssisin adını "Barsa"nın məşq meydançalarından birinə verməyə qərar verib.

Qeyd edək ki,  T.Vilanova 2012/2013 mövsümündə "Barsa"nın baş məşqçisi olub və komandasını İspaniya La Liqasında çempion edib. O, xərçəng xəstəliyi səbəbindən həmin mövsüm başa çatdıqdan sonra istefa verib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner