Bundesliqa klubunun baş məşqçisi qovuldu

Bundesliqa klubunun baş məşqçisi qovuldu
XƏBƏR 16 Sentyabr 2014 / 14:17 3325
-  A +

Almaniya "Hamburq" klubunun baş məşqçisi Mirko Slomka komandadan qovulub.

Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, buna komandanın mövsümə uğursuz start verməsi səbəb olub.

"Hamburq"un Bundesliqanın III turunda səfərdə "Hannover"ə 0:2 hesabı ilə uduzmasından sonra rəhbərlik Slomko ilə yolları ayırmağı qərara alıb. 

Qeyd edək ki, "Hamburq" Bundesliqada geridə qalan 3 turdan sonra 1 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


Son xəbərlər