Ronaldinyo "meymun"a bənzədildi

Ronaldinyo "meymun"a bənzədildi
XƏBƏR 16 Sentyabr 2014 / 00:40 4443
-  A +

Meksikanın "Keretaro" klubuna transfer olunan Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo təqdimat mərasimində irqçi şüarla qarşılaşıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, meksikalı siyasətçi Karlos Nunez Manuel Trevino braziliyalı futbolçunu "meymun" adlandırıb.

Trevino "facebook" sosial şəbəkəsindəki səhifəsində belə yazıb: "Tolerantlı davranmağa çalışıram, ancaq futboldan nifrət edirəm. Çünki insanlar küçələrə axışır, yollar bağlanır. Nəticədə mənim evə qayıtmağın 2 saat çəkir. Həm də bütün bunlar bir "meymun" üçün. Braziliyalıdır, amma yenə də "meymun"dur".

Qeyd edək ki, bu paylaşımdan sonra böyük təzyiqlə üzləşən siyasətçi yazdıqlarını silib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner