Dodo üç həftəlik sıradan çıxdı

Dodo üç həftəlik sıradan çıxdı
XƏBƏR 15 Sentyabr 2014 / 18:15 1785
-  A +

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən "Simurq" - "Qəbələ" (1:2) matçının 80-ci dəqiqəsində zədələnərək meydanı tərk edən Dodonun son durumuna aydınlıq gəlib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün tibbi müayinədən keçən braziliyalı yalnız iki həftədən sonra məşqlərə başlaya biləcək. 

Növbəti həftədə (üçüncü həftə) bərpa prosesi keçəcək təcrübəli futbolçu Premyer Liqanın 6-cı turunda "Neftçi", 7-ci turunda isə "Xəzər Lənkəran"la oyunları buraxacaq. Dodo yalnız oktyabrın 17-də “Qarabağ”la keçiriləcək matçda komandasına kömək edə biləcək. 

Xatırladaq ki, sözügedən matçda dubla imza ataraq "qırmızı-qaralar"a qələbə qazandıran Dodo ikinci qol epizodunda dizindən zədə almış və oyunu sonadək davam etdirə bilməmişdi.



Son xəbərlər