Məhəmmədrəsul Məcidovun rəqibləri bəlli oldu

Məhəmmədrəsul Məcidovun rəqibləri bəlli oldu
XƏBƏR 15 Sentyabr 2014 / 14:51 2371
-  A +

AİBA Pro Boxing (APB) yarışında superağır çəki dərəcəsində mübarizə aparacaq idmançıların da adlarına aydınlıq gəlib. 

Qol.Az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, dünya və Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu çəkidə əsas favoritlərdən sayılır.
 
Onun əsas rəqibləri 2011-ci ilin Avropa çempionu rusiyalı Məhəmməd Omarov, 2 dəfə dünya çempionatının bürünc mükafatçısı olmuş almaniyalı Erik Pfeyfer və WSB liqasının döyüşlərində pis təsir baöışlamayan rumıniyalı Mihay Nistor olacaq.

Qeyd edək ki, Məcidov artıq iki dəfə Omarovla üz-üzə gələrək, hər iki qarşılaşmada qalib gəlib. Boksçumuz Rusiya nümayəndəsini həm London Olimpiadasının ¼ finalında, həm də ötən il Almatıdakı dünya çempionatında məğlub edib. Superağır çəki dərəcəsində APB-nin döyüşləri Bakıda keçiriləcək. Məhəmmədrəsul Məcidovdan başqa, Braziliya Olimpiadasına lisenziya verən bu yarışda Cavid Çələbiyev (56 kq) və Fariz Məmmədov da gücünü sınayacaq. APB-nin püşkatma mərasimi sentyabrın 17-də Astanada olacaq.



Məhəmmədrəsul Məcidov (Azərbaycan) – 27 yaşı var. 2 qat Dünya çempionu (Bakı, 2011-ci il, Almatı, 2013-cü il), Avropa çempionu (Minsk, 2013-cü il). 2012-ci il London Olimpiadasının bürünc mükafatçısı.

Mihay Nistor (Rumıniya) – 23 yaşı var. 4 qat Rumıniya çempionu.

Erik Pfeyfer (Almaniya) – 27 yaşı var.2 dəfə dünya çempionatının bürünc mükafatçısı (Bakı, 2011-ci il, Almatı, 2013-cü il).

Fakundo Sezar Ghiglioni (Argentina) – 31 yaşı var. “Argentina Condors” komandasının heyətində WSB liqasının iştirakçısı.

Sergey Verveyko (Ukrayna) – 26 yaşı var. WSB liqasının iştirakçısı.

Ouatah Nevfel (Fransa) – 28 yaşı var. Peşəkar boksda 13 döyüşdən 12-də qalib gəlib.

Məhəmməd Arjaoui ( Mərakeş) - 27 yaşı var.  2008-ci il Pekin Olimpiadasının iştirakçısı.

Məhəmməd Omarov (Rusiya) – 24 yaşı var. Avropa çempionu (Ankara, 2011-ci il).



Son xəbərlər