"Bakı"nın ən uğursuz startı

"Bakı"nın ən uğursuz startı
XƏBƏR 15 Sentyabr 2014 / 10:16 1654
-  A +

Azərbaycan Premyer Liqasının ilk 5 turu “Bakı”nın son 11 mövsümdə ən uğursuz startı ilə tarixə düşüb.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, beş turda 4 dəfə meydana çıxan paytaxtın eyniadlı təmsilçisi bu qarşılaşmalardan birində heç-heçə edib, 3 dəfə uduzub.

Bakılılar indiki adı altında ilk dəfə startdakı 4 turda qələbə qazana bilməyib. 2004-cü ildən “Bakı” adı ilə çıxış edən “zolaqlılar” startda belə uzun qələbə həsrətini sonuncu dəfə “Dinamo” adı ilə yaşayıb.

Buna 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt komanda ardıcıl 4 dəfə məğlub olmuşdu. Ondan sonrakı 10 mövsümdə isə startdakı 4 görüşdən ən azı birində “Bakı” azarkeşləri qələbəyə sevinmişdi.

Son xəbərlər