“Qarabağ”ın rəqibindən darmadağın – 7:0

“Qarabağ”ın rəqibindən darmadağın – 7:0
XƏBƏR 14 Sentyabr 2014 / 20:26 6088
-  A +

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter” bu gün İtaliya A seriyasında növbəti oyununu keçirib.

Qol.Az-ın xəbərinə görə, öz meydanında autsayderlərdən olan “Sassuolo”nu qəbul edən Milan təmsilçisi ötən mövsüm olduğu kimi, bu dəfə də rəqibini eyni hesabla darmadağın edib – 7:0.

Qolları Mauro İcardi (4, 30, 53-cü dəq.), Mateo Kovaçeviç (22), Pablo Osvaldo (43, 73) və Fredi Guarin (74) vurublar.

İki turdan sonra “İnter” dörd xalla üçüncü pillədə qərarlaşıb.


Son xəbərlər