“Problemlər sözünü deyir” – “Bakı”nın baş məşqçisi

“Problemlər sözünü deyir” – “Bakı”nın baş məşqçisi
XƏBƏR 14 Sentyabr 2014 / 19:26 2964
-  A +

“Bakı”nın baş məşqçisi İbrahim Uzunca bu gün Premyer Liqada “Sumqayıt”a 1:2 hesablı məğlubiyyəti şərh edib.

Qol.Az-ın PFL-n saytına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, komandanın üzləşdiyi maddi problem oyunlarıa təsir edib:

“Oyun istədiyimiz kimi gedirdi. Erkən qol bizi irəli atdı. Məşq etməməyimiz oyunun gedişində özünü göstərdi. İki səhvdən sonra qollar buraxdıq və uduzduq. Mən uşaqlardan razıyam, qarşıdakı oyunlarda xal, eyni zamanda qələbə də qazanacağıq. Ən qısa zamanda maddi durumun düzələcəyinə inanıram. Biz mübarizə aparan bir komandayıq, amma problemlər də sözünü deyir. İstənilən halda, “Bakı”nın adını qoruyub-saxlamaq üçün çalışırıq. Çatışmazlıqların üzərində çalışmalıyıq”.

 


Son xəbərlər