“Qarabağ”ın məşqçisi “Sent Etyen”in oyununda

“Qarabağ”ın məşqçisi “Sent Etyen”in oyununda
XƏBƏR 14 Sentyabr 2014 / 13:16 4975
-  A +

Fransa çempionatının dünən keçirilən “Sent Etyen” – “Kan” matçını (1:0)canlı izləyənlər arasında “Qarabağ”ın əvəzedici heyətinin baş məşqçisi Borçe Xrisov da olub.

Ağdam klubunun mətbuat xidmətindən Qol.Az-a bildirilib ki, bolqarıstanlı mütəxəssis baş məşqçi Qurban Qurbanovun tapşırığı ilə həmin matça gedərək Avroliqanın qrup mərhələsindəki rəqibləri ilə bağlı qeydlər aparıb.

Xatırladaq ki, “Qarabağ”la “Sent Etyen” arasında ilk oyun sentyabrın 18-də Bakıda keçiriləcək.


Son xəbərlər