“Neftçi”nin kapitanı Flavinyo Premyer Liqada “Xəzər Lənkəran”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra müsahibə verib. Müsahibəni təqdim edirik.
- “Xəzər Lənkəran”la oyun barədə nə deyə bilərsən?
- “Xəzər Lənkəran”a qarşı oyunlarımız həmişə ağır olub. Budəfəki qarşılaşma da istisna olmadı. Bilirəm ki, bu oyuna Azərbaycanda böyük maraq var. Hər iki tərəf də görüşə çox yüksək motivasiya ilə çıxır. Matçın əvvəlində qol vursaq da, sonradan oyunçu itirdik. Bu səbəbdən də çox çətin oyun alındı. Amma sevinirəm ki, sona kimi mübarizə aparıb, layiqli qələbə qazandıq.
- Vurduğun qolu kimə həsr edirsən?
- Ailəmə, övladıma.
- Stamenkoviç qırmızı vərəqə almasaydı, oyunun taleyi başqa cür ola bilərdi?
- Nəticəni deyə bilmərəm, amma oyun yüz faiz fərqli olacaqdı. Çünki azlıqda qalmasaydıq, daha çox hücum edəcəkdik və belədə də qol vurmaq şansımız daha artıq olardı. Amma 10 nəfər qalarkən, daha çox müdafiəyə diqqət yetirməyə məcbur idik. Çox güc sərf etdik.
- Epizodların birində Rahid Əmirquliyevlə mübahisə etdin. Nə baş vermişdi?
- Bu iki komanda arasında oyunlar daim gərgin keçir. Elə mübahisəmiz də bu oyunun gərginliyindən irəli gəlirdi. Orada adi epizod idi. Sadəcə olaraq, elə bildim ki, Rahid məni söyüb. Amma əslində söyməmişdi. Neçə ildir Azərbaycandayam. Heç vaxt Rahidlə aramızda problem olmayıb.
- Stadiona toplaşan azarkeşlərin sayı elə də çox deyildi. Bu məqam oyununuza nə dərəcədə təsir etdi?
- “Xəzər Lənkəran”lı azarkeşlər tribunada yox idilər. Bu, bizim üçün yaxşı olsa da, rəqib üçün pis idi. Amma mən azarkeşlərin stadiona buraxılmamasına qarşıyam. İstərdim ki, hər iki tərəfin fanatları tribunadan yerini tutsun.
- Son zamanlar elə də inamlı çıxış etmirdin. Bu qol səni növbəti oyunlara daha yaxşı motivasiya edəcək?
- Təbii ki, belə olacağına inanıram. Mən də istəyirəm hər oyunda komandama fayda verim. Qocalmadığımı göstərim. Amma azarkeşlər unutmasınlar ki, Azərbaycana gələndə 27 yaşım var idi. İndi isə 31-dir.
- Artıq neçə ildir “Xəzər Lənkəran”a qarşı oynayırsan. Bugünkü “Xəzər Lənkəran” əvvəlkilərdən nə ilə fərqlənir?
- Bu suala cavab vermək mənim üçün çətin olar. Yalnız onu deyim “Xəzər Lənkəran” çox yaxşı komandadır. Bu, dərhal hiss olunur.
Mənbə: futbolxeber.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi