“Arda Turan göstərdi ki…” - Simeone

“Arda Turan göstərdi ki…” - Simeone
XƏBƏR 14 Sentyabr 2014 / 12:55 9564
-  A +

Madridin “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 3-cü turunda “Real” üzərində qələbədən sonra oyun haqda fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, argentinalı mütəxəssis matçın qəhrəmanı Arda Turan haqda xoş sözlər deyib:

“İlk hissəyə çox yaxşı başladıq. Ancaq hissənin sonlarında  futbolçularımın çxışını bəyənmədim. İkinci hissədə Arda Turanın meydana daxil olması oyunumuzda yaradıcılığı artırdı. Ümumiyyətlə, meydana sonradan daxil olan futbolçularımız özlərini doğrultdular. Arda vurduğu qolla bizə qələbə gətirdi və ehtiyatda qalmasının onun üçün problem olmadığını göstərdi”.

Xatırladaq ki, 61-ci dəqiqədə oyuna girən türkiyəli yarımmüdafiəçi görüşün 76-cı dəqiqəsində, hesab 1:1 olarkən qol vuraraq komandasına vacib qələbə qazandırıb.  

Son xəbərlər