“Təxminən 1 saat olar ki, Zaqatalaya gəlmişəm. Gələn kimi də elə birinci işim baş məşqçimizlə bu haqda danışmaq oldu. Bir qədər sonra futbolçunun özüylə də görüşüb, söhbətin düzünü öyrənməyə çalışacağam”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Simurq”un prezidenti Zaur Məmmədov komandasının üzvü Teymuraz Qonqadzenin “Bakı”nın futbolçusu Felipe Almeyda Feliksə qarşı irqçi şüarlar səsləndirməsinə münasibət bildirərkən deyib. Klub başçısı bu məsələdə kimin günahkar olmasını dəqiqləşdirməyin çətin olduğunu düşünür: “Amma bilirsiniz, bu məsələdə kimin dəqiq günahkar olduğunu demək çətindir. Çünki Jaba və ya Feliks bir söz, bizim oyunçumuz isə başqa bir söz deyəcək. Amma yenə də mənim futbolçuyla söhbətim olacaq. Görüm, bu, nə məsələdir. Baş məşqçimiz deyir ki, bu məsələylə bağlı futbolçuyla danışıb. O isə deyir ki, Sokolovla Feliksin mübahisə etdiyini görüb, onları sakitləşdirməyə çalışıb. Sonra isə həmin yerə Jaba da gəlib və söhbət böyüyüb. Ümumiyyətlə, Azərbaycan futbolunda sanki xəstəlik yaranıb. Komanda uduzandan sonra ortaya min cür söz-söhbətlər çıxır”.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu