Ronaldinyo "49"u seçdi

Ronaldinyo "49"u seçdi
XƏBƏR 13 Sentyabr 2014 / 16:21 3672
-  A +

Braziliya millisinin sabiq hücumçusu Ronaldinyonun Meksika klubu "Keretaro"ya keçidi rəsmiləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu komandası ilə iki illik müqavilə imzalayıb.

Meksikaya kuboklar qazanmaq üçün getdiyini bildirən 34 yaşlı futbolçu yeni komandasında 49 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Ronaldinyonun son komandası ölkəsinin "Atletiko Mineyro" klubu olub.

Daha çox


Son xəbərlər