Maluda "Trabzonspor"u "Metz"ə dəyişdi

Maluda "Trabzonspor"u "Metz"ə dəyişdi
XƏBƏR 12 Sentyabr 2014 / 16:24 2554
-  A +

"Trabzonspor"la yollarını ayıran Floren Maludanın yeni komandası bəlli olub.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 34 yaşlı futbolçu karyerasını Fransa Liqasında davam etdirəcək.

Trabzon təmsilçisi ilə müqaviləsini qarşılıqlı şəkildə ləğv edən fransız futbolçu "Metz"lə 1+1 sistemi üzrə müqavilə imzalayıb.

Qeyd edək ki, karyerasına "Şatoru" klubunda başlayan Maluda sonrakı illərdə "Qenqam", "Lion", "Çelsi" və "Trabzonspor" klublarının şərəfini qoruyub.


Son xəbərlər
14.03.26  21:41

Qavi geri dönür

14.03.26  11:13

"Atletiko"da itki

topaz banner