Dünən leysan yağışı səbəbindən oyunun 12-ci dəqəqəsində dayandırılan “Xəzər Lənkəran” - “Bakı” matçını izləyənlər arasında “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov da olub. Qol.Az-ın «Xəzər Lənkəran»ın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunu seyr etmək üçün Türkiyədən Azərbaycana səfər etmiş ünlü iş adamını Özbəkistanın aparıcı klublarından olan “Paxtakor”un sahibi Botir Raximov, Lənkəran Şəhəri İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və başqaları müşiyiət ediblər. Qonaqlar ilk öncə qısa zaman öncə stadionun ərazisində açılmış klub muzeyi ilə tanış olublar, sonra fəxri lojadakı yerlərini tutublar. Lakin hələ oyunun start fitindən öncə yağmağa başlayan yağışın güclənməsi qonaqların futbol seyr etmək arzusunun gerçəkləşməsinə mane olub.
Matç təxirə salındıqdan sonra «Xəzər Lənkəran»ın paltardəyişmə otağına gələn Mübariz Mənsimov futbolçu və məşqçi heyəti ilə qısa söhbət edib və komandanın Lənkərandakı oyunlarını buraxmamağa çalışacağını bildirib.
Mübariz Mənsimov «Bakı» komandası haqda da fikirlərini bölüşüb. «Bakı» klubunun rəsmi saytının məlumatına görə, "Bakı"nın heyətinin Azərbaycanda ən güclülər sırasında olduğunu söyləyən M.Mənsimov sonuncu Azərbaycan çempionu haqda yüksək fikirdə olduğunu açıqlayıb: “Görünür, komanda hələ də avrokubokların psixoloji yükündən azad ola bilməyib. Bununla belə, düşünürəm ki, "Bakı" həmişə olduğu kimi, yenə də iddialılar sırasındadır. Komandanın heyətində səviyyəli futbolçular var. Tezliklə "Bakı" öz oyununu tapacaq və ən yüksək yerlər uğrunda mübarizəyə qoşulacaq. Ümumiyyətlə, Premyer Liqanın maraqlı idman mübarizəsində keçəcəyini düşünürəm".
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu