Felipe Meloya iki oyunluq cəza

Felipe Meloya iki oyunluq cəza
XƏBƏR 11 Sentyabr 2014 / 20:17 2691
-  A +

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Qalatasaray"ın futbolçusu Felipe Melonu iki oyunluq cəzalandırıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, buna braziliyalı yarımmüdafiəçinin sosial şəbəkədə "Fənərbaxça"nın prezidenti Aziz Yıldırımı təhqir edən mesaj yazması səbəb olub. Bunda başqa, o, 13 min türk lirəsi məbləği ilə cərimələnib.

Bu cəza "Fənərbaxça" klubunun şikayəti əsasında qəbul olunub.


Son xəbərlər