Elnur Allahverdiyev "Neftçi"də "14"ü seçdi

Elnur Allahverdiyev "Neftçi"də "14"ü seçdi
XƏBƏR 11 Sentyabr 2014 / 15:16 3954
-  A +

“Neftçi” Elnur Allahverdiyevin adını sifariş vərəqəsinə daxil edib.

Qol.Az-ın PFL-in saytına istnadən yaydığı xəbərə görə, Azərbaycan milli komandasının üzvü bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. Müdafiəçi “Neftçi”nin heyətində 14 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, 31 yaşlı E. Allahverdiyev “Ədliyyə” , “Şəfa”, MOİK, “Neftçi” (hamısı Bakı), “Turan” (Tovuz), “Qarabağ” (Ağdam), “Xəzər Lənkəran” və “Qəbələ” klublarında oynayıb.

Daha çox


Son xəbərlər