"Qəbələ" Azərbaycan Premyer Liqasının V turunda “Simurq”un qonağı olacaq.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Zaqatala təmsilçisi “Qəbələ”nin tarixi ərzində ən çox qol vurduğu komandadır. Belə ki, “qırmızı-qaralar” bu rəqiblə oyunlarda 28 top vurub. Komanda heç bir başqa komandaya bu qədər qol vura bilməyib. Bu həftə keçiriləcək görüşdə “Qəbələ” ən azı 2 qol vursa, ikinci top bu duellərdə yubiley xarakteri daşıyıb, 30-cu olacaq.
Görüşdə vurulacaq ilk top isə “Qəbələ” – “Simurq” duellərində 50-ci top kimi tarixə düşəcək. Çünki arxada qalan matçlarda “qırmızı-qaralar” 28, rəqibi 21 dəfə fərqlənib. Səfərdə oynayacaq komandanın 28 topundan biri zaqatalalıların avtoqoludusa, digər 27 topa 24 oyunçu imza atıb. Yalnız üç futbolçu - Deon Barton, Daniel Subotiç və Kristian Torres hərəyə 2 dəfə fərqlənib. Sonuncu iki matçda, digərləri isə bir oyunda qollarını “Simurq”un qapısından keçirib.
Vurulan 49 qol rəqiblərin 26 qarşılaşmasında qeydə alınıb. İlk dəfə 2006-cı ildə I dəstədə üz-üzə gələn komandalar aşağı divizionda iki, Azərbaycan kubokunda 2, Premyer Liqada 22 dəfə görüşüb. Top fərqində olduğu kimi qələbə sayında da üstünlük “Qəbələ”dədir. “Qırmızı-qaralar” 11 dəfə qalib gəlibsə, 7 heç-heçə edib və 8 dəfə uduzub. “Simurq” son 4 qarşılaşmada qələbəyə həsrət qalıb. Zaqataladakı son iki duel isə qolsuz bərabərliklə nəticələnib.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi