Fabio Kapello Çempionlar Liqasında favoritlərini açıqladı

Fabio Kapello Çempionlar Liqasında favoritlərini açıqladı
XƏBƏR 11 Sentyabr 2014 / 01:30 6256
-  A +

“Çempionlar Liqasını qazanmağa ən real namizədlər “Bavariya” və “Çelsi”dir. Lakin ispan klublarını da unutmaq olmaz”.

Qol.Az-ın  məlumatına görə, bu sözləri Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello deyib.

İtaliyalı mütəxəsis cari mövsüm  Çempionlar Liqasında favorit gördüyü komandalardan danışıb:

“İspan klubları əvvəlki kimi təhlükəlidir. İtalya komandalarına gəlincə, onlar bir qədər güclü klublar qarşısında aciz qalırlar. Biz ötən mövsüm “Atletiko”nu gördük. Bu komandada motivasiya çox yüksəkdir. İspaniyada “Real” kimi güclü komanda da var. Ancaq düşünürəm ki, “Bavariya” və “Çelsi” qeyd etdiyim komandaları üstələyəcək”.

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə