Bu gün saat 18:00-da Lənkəran şəhər stadionunda Premyer Liqanın birinci turundan təxirə salınmış “Xəzər-Lənkəran” - “Bakı” matçı öncəsi xoşagəlməz olay yaşanıb. Qol.Az-ın məlumatına görə, “Bakı” futbolçuları matçdan öncə isinmə hərəkətləri edib soyunub-geyinmə otağına yollanan zaman yerli fanatlar bakılıların seneqallı qapıçısı Xalidu Sissokonu fitə basaraq onun ünvanına qeyri-etik ifadələr işlədiblər. Qeyd edək ki, bu, Sissoko ilə lənkəranlı fanatlar arasında yaşanan ilk belə insident deyil. Ötən mövsümün ikinci dövrəsində Lənkəranda keçirilən və “Xəzər-Lənkəran”ın 3:0-lıq qələbəsi ilə başa çatan qarşılaşma zamanı da analoji insident yaşanmışdı. Hətta lənkəranlı polis matçdan sonra Sissokonu təhqir etmişdi. Ondan əvvəlki mövsüm bu komandaların yenə Lənkəranda keçirilən oyunu zamanı da lənkəranlılarla Sissoko arasında xoşagəlməz olay yaşanmışdı və o zaman afrikalı yerli azarkeşlərə əli ilə qeyri-etik jest göstərmişdi
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video
Emreli 8 ay sonra qol vurdu
Ştegen "Barselona"da səsvermə hüququnu itirdi
Finalissima-2026 keçirilməyəcək! - UEFA açıqladı