"Yuventus"da ciddi itki

"Yuventus"da ciddi itki
XƏBƏR 10 Sentyabr 2014 / 17:04 2511
-  A +

Çili yığmasının və "Yuventus" klubunun futbolçusu Arturo Vidal zədələnərək sıradan çıxıb.

Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu yığmanın heyətində bud nahiyyəsindən zədə alıb.

27 yaşlı futbolçunun ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Belədə Vidal "Udineze", "Malmö" (Çempionlar Liqası), "Milan", "Çezena" və "Atalanta" ilə oyunları buraxacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner